Ucnoqta.az
www.ucnoqta.az

Tramp ərəb və müsəlman liderləri ilə görüşəcək

00:00 - 22 Sentyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, görüş çərşənbə axşamı yerli vaxtla saat 14:30-a planlaşdırılıb. O, Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə sentyabrın 29-na planlaşdırılan görüşündən bir həftə əvvəl baş tutacaq.

Mənbənin məlumatına görə, Ağ Ev bu ölkələrin Qəzza zolağının müharibədən sonrakı rekonstruksiyasında iştirakını, həmçinin İsrail qoşunlarının anklavdan çıxarılmasından sonra onların yerinə “sabitləşdirici qüvvə” kimi öz hərbi kontingentlərini yerləşdirmək imkanlarını müzakirə etməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası