Ucnoqta.az
www.ucnoqta.az

Putin Paşinyana məktub göndərdi

11:52 - 21 Sentyabr 2025 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana respublikanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Putin ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edib.

Məktubda qeyd olunur ki, Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.

Müəllif: Ucnoqta.az redaksiyası