Ucnoqta.az
www.ucnoqta.az

Kanada ABŞ-Meksika ilə ticarət sazişini yenidən müzakirə etməyə hazırlaşır

09:34 - 18 Sentyabr 2025 tarixində dərc olunub.

Kanada yaxın gələcəkdə ABŞ-Meksika Azad Ticarət Sazişinə (USMCA) yenidən baxılması ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBC telekanalı Kanadanın idarələrarası işlər naziri və ABŞ-la ticarətə cavabdeh olan Dominik LeBlanın ofisindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, rəsmi məsləhətləşmələr gələn həftədən başlaya bilər.

Müəllif: Ucnoqta.az redaksiyası