Ucnoqta.az
www.ucnoqta.az

Bakıdan Qəbələyə qatar həftədə bir dəfə yola düşəcək

16:06 - 17 Sentyabr 2025 tarixində dərc olunub.

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, 11 oktyabrdan etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

“Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz”, - məlumatda qeyd olunur.

Müəllif: Ucnoqta.az redaksiyası