Ucnoqta.az
www.ucnoqta.az

BMT rəhbəri istefa vermək fikrində olmadığını bildirib

21:00 - 16 Sentyabr 2025 tarixində dərc olunub.

BMT-nin baş katibi Antonio Quterreş istefa vermək fikrində olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Quterreş jurnalistlərin "BMT Təhlükəsizlik Şurasının qlobal böhranları həll edə bilməməsinə etiraz olaraq" istefa verməyi planlaşdırıb-qalmadığı barədə sualına cavabında deyib:
"Bir çox insanlar istefamı alqışlayacaqlar, ona görə də onlara bu sevinci verməyəcəyəm".

Antonio Quterreşin BMT-nin baş katibi kimi səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

Müəllif: Ucnoqta.az redaksiyası