Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda məktəblilər arasında dava ölümlə nəticələnib

15:00 - 16 Sentyabr 2025 tarixində dərc olunub.

Cəlilabadda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kəndində baş verib. Sinif yoldaşları arasında mübahisə yaranıb.

Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. Yeniyetmə xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası