Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ordusu son sutkada daha 910 itki verib

08:53 - 15 Sentyabr 2025 tarixində dərc olunub.

Son 24 saat ərzində Rusiya ordusu Ukraynada həlak olan və yaralanan daha 910 hərbçisini, onlarla texnikasını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Həmçinin, Rusiya ordusu 2 zirehli döyüş maşını, 35 artilleriya sistemi, 1 reaktiv yaylım atəş sistemi, 323 operativ-taktiki PUA, 84 ədəd avtomobil və bir ədəd xüsusi texnika itirib.

Müəllif: Ucnoqta.az redaksiyası