Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Pirşağı-Sumqayıt sürət qatarı yolda qaldı

10:47 - 12 Sentyabr 2025 tarixində dərc olunub.

Bakı-Pirşağı-Sumqayıt sürət qatarı yolda qalıb.

Ucnoqta.az xəbər verir ki, BAKU.WS-in qatarda olan əməkdaşının verdiyi məlumata görə, qatar təxminən 30 dəqiqədir ki dayanıb.

Problemin səbəbi barədə heç bir açıqlama verilmir. 

Müəllif: Ucnoqta.az redaksiyası