Ucnoqta.az
www.ucnoqta.az

Polşa "Abrams" tanklarının böyük partiyasını aldı

00:15 - 12 Sentyabr 2025 tarixində dərc olunub.

Amerikanın 38 M1A2 Abrams tankının daha bir partiyası Polşaya gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.

"Biz ən böyük dəniz yüklərindən birini, o cümlədən 38 M1A2 Abrams tankı və 14 texniki dəstək maşını aldıq. Yeni avadanlıq tezliklə bölmələrimizə çatdırılacaq", - Kosiniak-Kamysz X-də yazıb.

2022-ci ildə Polşa 2025-2026-cı illərdə 250 modernləşdirilmiş M1A2 Abrams tankının tədarükü üçün ABŞ ilə müqavilə imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası