Ucnoqta.az
www.ucnoqta.az

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

19:40 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, sentyabrın 11-dən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 14-ü gündüzədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s-ə qədər güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyü 2-3 m, sonrakı inkişafda isə 3-5 m-ə çatacağı proqnozlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası