Ucnoqta.az
www.ucnoqta.az

Dərs ilinin başlanma tarixi dəyişdirilib? – AÇIQLAMA

15:01 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

2025-2026-cı tədris ilinin başlama tarixinin (15 sentyabr) dəyişdirilməsinə dair yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aidiyyəti məsələ ilə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. 

Müəllif: Ucnoqta.az redaksiyası