Ucnoqta.az
www.ucnoqta.az

Nepalda kütləvi iğtişaşlar zamanı azı 25 nəfər ölüb

14:36 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Nepalda kütləvi iğtişaşlarda ölənlərin sayı 25-ə çatıb, 633 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl 22 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bazar ertəsi və çərşənbə axşamı Katmandu və Nepalın digər şəhərlərində korrupsiyaya və sosial mediaya qoyulan qadağaya qarşı etirazlardan sonra iğtişaşlar başlayıb.
Ölkənin baş naziri Şarma Oli istefa verib. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə, prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Onlardan biri nəticəsində Nepalın keçmiş baş naziri Jana Nath Khanalın həyat yoldaşı öldürülüb.

Sentyabrın 4-də Nepal hökuməti bir sıra messencer və sosial şəbəkələrin fəaliyyətinə məhdudiyyətlər qoyub. Sentyabrın 8-də Katmanduda və Nepalın bir sıra digər böyük şəhərlərində minlərlə nümayişçinin hökumət tədbirlərinə etiraz etdiyi kütləvi etirazlar başlayıb. Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı ləğv etdi.

Müəllif: Ucnoqta.az redaksiyası