Ucnoqta.az
www.ucnoqta.az

Çində dünyanın ən uzun kanatlı körpüsü istifadəyə verilib

08:06 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Çinin şərqindəki Tszyansu əyalətində dünyanın ən uzun əsas keçidi - 1208 m olan kanatlı körpü açılıb.

Ucnoqta.az xəbər verir ki, “China Daily” qəzetinin yazdığına görə, Yantszı çayı üzərindən yeni keçid Taizhou və Changzhou şəhərlərini birləşdirir.

Ümumi uzunluğu 10 km olan mühəndis strukturu həm avtomobil, həm də dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulub. Taizhou və Changzhou arasında səyahət müddətini 1 saat 20 dəqiqədən təxminən 20 dəqiqəyə endirdi.

Körpünün 1208 m əsas aşırımına əlavə olaraq hər birinin uzunluğu 388 m olan iki yan aşırım var. Onun iki dayağının hündürlüyü 350 m-dir ki, bu da 120 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Körpü 530 min ton yükə tab gətirə bilir.
İstifadəyə verilməzdən əvvəl son sınaqdan keçirlib: 4400 ton ağırlığında 110 yük maşını eyni vaxtda onun üzərindən keçdi.

Yantszı çayı körpüsünün tikintisi altı il çəkdi.

Müəllif: Ucnoqta.az redaksiyası