Ucnoqta.az
www.ucnoqta.az

Fon der Lyayen Aİ-nin vəziyyəti haqqında illik məruzə ilə çıxış edəcək

07:45 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Avropa Parlamentinin sentyabrın 10-da Strasburqda keçiriləcək sessiyasında Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) vəziyyəti haqqında illik məruzə ilə çıxış edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 10-da Reuters agentliyi məlumat yayıb.

Məqalədə deyilir: "Avropa İttifaqının prezidenti Ursula fon der Lyayen çətin yaydan sonra çərşənbə günü gələn il üçün prioritetlərini açıqlayacaq".

Onun hesabatında ABŞ prezidenti Donald Trampla son vaxtlar kəskin tənqidlərə səbəb olan ticarət razılaşmasına xüsusi diqqət yetiriləcəyi vurğulanır.

Bu illik hesabat 27 ölkəni birləşdirən Aİ-nin siyasi prioritetlərini müəyyənləşdirməyə xidmət edir.

Bloomberg agentliyi çıxışın hazırlanması ilə bağlı məlumatlı mənbələrə istinadən əlavə edib ki, Avropa Komissiyasının rəhbəri xüsusilə Avropanın müdafiəsinin gücləndirilməsi sahəsində konkret tədbirlər görməyə çağırmaq niyyətindədir. O, diqqətini Aİ-nin üzv ölkələrin Rusiyadan gələn təhdidlərə hazır olmasını təmin etmək planlarına yönəltməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası