Ucnoqta.az
www.ucnoqta.az

Yerusəlimdə atışma - 15 nəfər yaralanıb

12:02 - 8 Sentyabr 2025 tarixində dərc olunub.

Yerusəlimdə baş verən atışma nəticəsində ən azı 15 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Milli Təcili Yardım Xidməti məlumat yayıb.

Hadisə şəhərin şimal kənarındakı magistral yol qovşağında baş verib. Ynet portalının məlumatına görə, yaralılardan altısının vəziyyəti ağırdır.

Bildirilir ki, atışma sərnişin avtobusunu hədəf alıb, iki atıcı olub, hər ikisi zərərsizləşdirilib. Hadisə yerinə polis qüvvələri cəlb olunur, ərazidə bir neçə yol bağlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası