Ucnoqta.az
www.ucnoqta.az

Balakənin iki kəndində işıq KƏSİLƏCƏK

09:55 - 8 Sentyabr 2025 tarixində dərc olunub.

Balakən rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ucnoqta.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq "Zaqatala-2" hava xəttində sentyabrın 8-10-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq "Qafqaz" yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası