Ucnoqta.az
www.ucnoqta.az

Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanında

10:44 - 6 Sentyabr 2025 tarixində dərc olunub.

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi xarici səfəri zamanı Azərbaycanın hava məkanından istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Feysbukda məlumat verib.

Qarabağ münaqişəsi səbəbindən son üç onillikdə Ermənistan təyyarələri Azərbaycanın hava məkanından istifadə etməyib.

"Ermənistan Respublikasının baş nazirinin təyyarəsi 2025-ci il avqustun 30-da Azərbaycanın hava məkanı vasitəsilə xarici səfərə çıxıb və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb", - Bağdasaryan bildirib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda sülh bəyannaməsi imzalandıqdan sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Ermənistanın baş nazirinin təyyarəsinin uçuşu üçün icazə istəyib və müsbət cavab alıb.
“Biz bu faktı regionda kommunikasiyaların qarşısının alınması, sülh gündəminin irəlilədilməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində atılmış praktiki addım kimi qiymətləndiririk”, - Bağdasaryan əlavə edib.

O, həmçinin xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın hava məkanı vasitəsilə əlaqəni təmin edir.

Müəllif: Ucnoqta.az redaksiyası