İngiltərə Baş nazirinin müavini Angela Rayner vergidən yayınma qalmaqalına görə istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Telekanalın məlumatına görə, Rayner hakim Leyboristlər Partiyasının sədr müavini postunu da tərk edəcək. Onun istefası barədə İTV və GB News də məlumat yayıb.
Sentyabrın 3-də 45 yaşlı siyasətçi Sky News-a müsahibəsində İngiltərənin cənubundakı Hove kurort şəhərində mənzil alarkən möhür rüsumunu ödəmədiyini etiraf edib. O, bunu qəsdən etmədiyini deyib və ona yanlış məsləhət verən vəkilləri günahlandırıb.