Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Qəzzanın 40% ərazisinə nəzarət edir

21:50 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

İsrail ordusu Qəzza şəhəri ərazisinin 40%-nə nəzarəti ələ keçirib və hücum əməliyyatlarını davam etdirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib.

General bildirib ki, yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək.

Defrin qeyd edir ki, İsrail radikal Fələstinin HƏMAS hərəkatının silahlı birləşmələrinə hücumunu daim artırmaq niyyətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası