Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

16:53 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası