Ucnoqta.az
www.ucnoqta.az

Nərimanov rayonunda qazın verilişi dayandırılacaq

08:50 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Bakının Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası