Ucnoqta.az
www.ucnoqta.az

Putin və Kim Çen Inın görüşü bir saatdan çox davam edib

11:03 - 3 Sentyabr 2025 tarixində dərc olunub.

Pekində Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlar bir saatdan çox davam edib.

Ucnoqta.az-ın məlumatına görə bu barədə TASS xəbər verir.

Görüş Rusiya liderinin Çinə səfəri zamanı iqamətgahına çevrilmiş Diaoyutay kompleksinin ərazisində keçirilir.

Putin və Kim Çen In hələ danışıqlardan əvvəl Çin xalqının Yaponiyaya qarşı Müqavimət Müharibəsində Qələbəsinin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması şərəfinə təşkil edilən qəbulda ünsiyyətə başlayıblar. Oradan liderlər eyni avtomobillə Diaoyutai iqamətgahına gediblər.

Müəllif: Ucnoqta.az redaksiyası