Ucnoqta.az
www.ucnoqta.az

Binəqədi-Novxanı şosesində "Mercedes" yanıb

09:03 - 3 Sentyabr 2025 tarixində dərc olunub.

Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb. 

Ucnoqta.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası