Ucnoqta.az
www.ucnoqta.az

Lyayen telefondan istifadə etmək imkanından məhrum edilib - Tramp

00:00 - 3 Sentyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin telefondan istifadə etmək imkanından məhrum edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı təqdim edib.

Tramp avqustun 31-də AK rəhbəri ilə Bolqarıstanda təyyarənin enişi zamanı naviqasiya sisteminin nasazlığı ilə bağlı sualı cavabsız qoyub.

"Heç kim bunun nədən olduğunu bilmir" deyən o, AK rəhbərini "gözəl qadın" adlandırıb.

"O, telefondan istifadə etmək imkanından məhrum edilib", - Tramp davam edib. "Bilirsiniz, bəzən bu pis bir şey deyil. Nə vaxtsa bu mənim başıma gələ bilər və mən çox xoşbəxt olardım", - o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası