Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda yüzlərlə abonentin qazı kəsiləcək

16:32 - 2 Sentyabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Ucnoqta.az xəbər verir ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası