Dünyada 1 milyarddan çox insan psixi xəstəliklərdən əziyyət çəkir.
Ucnoqqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın 2-də araşdırmaya istinadən məlumat verib.
ÜST-nin məlumatına görə, bu cür pozuntular yaşından və gəlir səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə və bütün əhali qrupları arasında geniş yayılıb.
Onların ailələrin tibbi xidmətə olan xərclərini artıraraq bütün dünyaya iqtisadi ziyan vurduğu aydınlaşdırılır. Dünya iqtisadiyyatının yalnız depressiya və narahatlıq pozğunluqlarının yaratdığı illik itkiləri 1 trilyon dollar qiymətləndirilir.