Ucnoqta.az
www.ucnoqta.az

Qana prezidenti ölkənin baş hakimini işdən çıxarıb

20:51 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Qana prezidenti Con Dramani Mahama Gertrude Torkornanın qanunsuz fəaliyyəti ilə bağlı aparılan araşdırmadan sonra onun baş hakim vəzifəsindən azad edilməsi haqqında fərman verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qananın “Graphic” portalı bildirib ki, hakimiyyət Torkornanın qanunsuz hərəkətinin təfərrüatlarını açıqlamayıb.

İnternet nəşri qeyd edir ki, dövlət başçısının qərarı dərhal qüvvəyə minir. Bu, Qanada baş hakimin vəzifədən kənarlaşdırılması ilə bağlı ilk hadisədir.

2023-cü ilin yayında vəzifəsinin icrasına başlayan Torkornaya qarşı üç ayrı şikayətlə bağlı istintaq başladılıb. Onlar Dövlət Şurası tərəfindən qəbul edilib. İşin başlanması üçün kifayət qədər əsasların olduğu qənaətinə gəlib və bu məqsədlə xüsusi istintaq komissiyası yaradılıb.

Müəllif: Ucnoqta.az redaksiyası