Ucnoqta.az
www.ucnoqta.az

Litva Aİ-dən 8 milyard avro istəyir

13:54 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Vilnüs Litvanın Aİ-nin SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) xüsusi hərbiləşdirmə fondundan 8 milyard avro kredit götürə biləcəyini gözləyir.

Ucnoqta.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda Baltikyanı respublikada səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında deyib.

"Bizim üzləşdiyimiz təhlükələr realdır. Təhlükəsizliyimizi gücləndirmək üçün lazımi investisiyalar təxminən 8 milyard avro təşkil edir", - o deyib.

Prezident xatırladıb ki, Litvanın Rusiya və Belarusla sərhədi Aİ-nin xarici sərhədidir. "Biz Aİ sərhədlərinin təhlükəsizliyini təmin edən ölkələrdən biriyik" deyə o, Vilnüsun hərbi ehtiyaclarının Avropa tərəfindən maliyyələşdirilməsinin lehinə arqument kimi qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası