Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı

10:32 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Pirəkəşkül və Ağdərədə 1-5 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Müəllif: Ucnoqta.az redaksiyası