Ucnoqta.az
www.ucnoqta.az

ŞƏT-ə sədrlik Qırğızıstana keçir

10:10 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qırğızıstana keçir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tyantszin sammitinin yekun bəyannaməsinin mətnində deyilir.

Sənəddə qeyd edilir ki, Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifaha doğru birlikdə” şüarı altında keçiriləcək.

“ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək”, - sənəddə deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası