Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda yaşayış binasının uçması nəticəsində 15 nəfər ölüb

08:30 - 28 Avqust 2025 tarixində dərc olunub.

Hindistanın mərkəzi hissəsində yerləşən Maharaştra ştatında yaşayış binasının uçması nəticəsində azı 15 nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, PTI xəbər agentliyi məlumat yayıb.

Çərşənbə günü 50-yə yaxın mənzildən ibarət qanunsuz tikilmiş dörd mərtəbəli bina yaxınlıqdakı boş evin üzərinə uçub.

Hadisə şahidlərinin sözlərinə görə, dördüncü mərtəbədə bir yaşlı qızın ad günü mərasimi keçirilərkən binanın bir qanadındakı 12 mənzil uçub, sakinlər və qonaqlar dağıntılar altında qalıb.

Xilasedicilər bütün gecəni dağıntıları təmizləməyə sərf ediblər. Yerli hakimiyyət orqanları 15 nəfərin öldüyünü təsdiqləyib. Dağıntılar altında daha çox insanın qalmaması üçün xilasetmə əməliyyatı davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası