Qırğızıstanda Pobeda zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışları dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Bütün axtarış səyləri dayandırılıb, onların bu il bərpa olunub-olunmayacağı hələ məlum deyil", - mətbuat xidmətinin nümayəndəsi bildirib.