Ucnoqta.az
www.ucnoqta.az

“Sədərək”də yanğın yayılmasının qarşısı alınıb - VİDEO

14:53 - 24 Avqust 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Ucnoqta.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası