Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukrayna ərazisinin bir hissəsini istəyir ...

07:59 - 21 Avqust 2025 tarixində dərc olunub.

Avropa ölkələri Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün çəkilən xərclərin “aslan payını” ödəməli olacaqlar.

Ucnoqta.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D.Vens Fox News telekanalının efirində bildirib ki,

"Düşünmürəm ki, biz burada bu yükü daşımalıyıq... Prezident, şübhəsiz ki, Avropanın burada liderlik edəcəyini gözləyir. Bunun hansı formada olmasından asılı olmayaraq, avropalılar yükün aslan payını daşımalı olacaqlar. Bu onların qitəsidir, bu onların təhlükəsizliyidir və prezident aydın dedi: onlar burada addım atmalı olacaqlar", - ABŞ vitse-prezidenti bildirib.

Bundan əlavə, ABŞ vitse-prezidenti bildirib ki, Rusiya Ukrayna ərazisinin bir hissəsini istəyir, “çoxunu işğal edib, lakin bəzilərini istəmir”.

Müəllif: Ucnoqta.az redaksiyası