ABŞ-nin vitse-prezidenti J.D.Vens Ağ Evdə görüş zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə zarafat etdiyini deyib.
Ucnoqta.az xəbər verir ki, Vens bunu Fox News-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Oval kabinetdəki görüşün əvvəlində yaranmış gərgin vəziyyəti aradan qaldırmaq lazım idi. Buna görə də Vens Zelenskiyə deyib:
"Nə qədər ki, sən özünü yaxşı aparana qədər, mən heç nə deməyəcəyəm." Ukrayna prezidenti buna cavab olaraq gülüb. Vens qeyd edib ki, zarafat "buzu əritmək" üçün yaxşı bir üsul olub.