Ucnoqta.az
www.ucnoqta.az

Zümrüd Ağayeva beynəlxalq təyinat alıb

18:34 - 20 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəlxalq təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, 2025-2026 mövsümündə qadınlar arasında Çempionlar Liqası çərçivəsində Albaniyada keçiriləcək miniturnirin UEFA nümayəndəsi olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası