Ucnoqta.az
www.ucnoqta.az

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

17:28 - 20 Avqust 2025 tarixində dərc olunub.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Ucnoqta.az xəbər verir ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar rejimini səkkiz mövqe genişləndirib. Belə ki, Britaniya rubla bağlanmış kriptovalyuta üçün A7A5 layihəsinin rəhbəri Leonid Şumakova qarşı sanksiyalar tətbiq edib.
Həmçinin, Böyük Britaniya Qırğızıstanın Grinex, Tengricoin, Old Vector şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Rusiya da öz növbəsində 21 Böyük Britaniya vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib.

Müəllif: Ucnoqta.az redaksiyası