Ucnoqta.az
www.ucnoqta.az

"Amerika, biz qayıtdıq!" - Ağ Ev Tik-Tokda

10:07 - 20 Avqust 2025 tarixində dərc olunub.

TikTok sosial şəbəkəsində Ağ Evin rəsmi hesabı peyda olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, @whitehouse hesabı Şərqi Sahil vaxtı ilə avqustun 19-da axşam saatlarında açılıb. İlk nəşr ABŞ prezidenti Donald Trampın nailiyyətlərinə həsr olunmuş 27 saniyəlik video olub, "Amerika, biz qayıtdıq! Nə var, TikTok?" başlığı ilə Amerika lideri bu ifadəni deyir: "Hər gün oyanıram ki, bu ölkədə insanlara daha yaxşı həyat təmin etmək əzmindəyəm. Mən sənin səsinəm".

Newsweek jurnalının məlumatına görə, paylaşım ilk bir saat ərzində 7,5 mindən çox bəyənmə və 500 şərh toplayıb.

Müəllif: Ucnoqta.az redaksiyası