Ucnoqta.az
www.ucnoqta.az

Avtobus dayanacağına ziyan vuran şəxs saxlanılıb

16:57 - 19 Avqust 2025 tarixində dərc olunub.

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası