Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanla saziş dəmir yolu əlaqəsini açacaq - Paşinyan

14:25 - 19 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycanla saziş Ermənistanla İran arasında dəmir yolu əlaqəsini açacaq.

Ucnoqta.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan İrəvanda İran prezidenti ilə keçirdiyi brifinqdə deyib.

"Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda kommunikasiya marşrutlarının bərpasına aiddir. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək", - o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası