Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın saxlanıldı

14:15 - 19 Avqust 2025 tarixində dərc olunub.

Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə avqustun 19-da gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası