Boks üzrə Ukrayna çempionatının qalibi Maksym Zineviç antidopinq qaydalarını pozduğuna görə 10 il müddətinə diskvalifikasiya edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.
İdmançının diskvalifikasiyası 30 aprel 2025-ci ildə başlayır. İdmançının dopinq nümunəsində ostarin və liqandrol aşkar edilib.
Mart ayında Zineviç 75 kq çəki dərəcəsində ölkə çempionatının qalibi olub.