Polşa və müttəfiqlərinin döyüş təyyarələri Rusiyanın Ukraynada fəallığının artması ilə bağlı xəbərlərə görə səmaya qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb.
Qeyd edilir ki, görülən tədbirlər həssas ərazilərlə həmsərhəd ərazilərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Bəyanatda qeyd olunur ki, Silahlı Qüvvələrin Əməliyyat Komandanlığı vəziyyətin inkişafını izləyir, onun nəzarətində olan qüvvə və vasitələri dərhal cavab tədbirləri üçün hazırlıq vəziyyətində saxlanılır.