Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

06:53 - 19 Avqust 2025 tarixində dərc olunub.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizindəki döyüş poliqonlarında təyinatı üzrə tapşırıqların hazırlanması ilə ikitərəfli sınaq-taktiki təlimə (TTE) başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 19-da Xəzər Donanmasının mətbuat xidməti məlumat yayıb.

Təlimdə 10-dan çox gəmi, o cümlədən "Dağıstan" raket gəmisi, "Tuça", "Amur", "Uqliç" və "Velikiy Ustyuq" kiçik raket gəmiləri, həmçinin "Həştərxan", Mahaçqala kiçik artilleriya gəmiləri və baza minaaxtaran gəmiləri iştirak edir.

Bildirilir ki, təlim zamanı raket, kiçik raket və kiçik artilleriya gəmilərinin ekipajları müxtəlif döyüş tapşırıqlarını yerinə yetirəcəklər. Onların arasında mina əleyhinə tədbirlər, təlim-döyüş atışları ilə hava hücumundan müdafiə, sahil hədəflərinə artilleriya atəşi, habelə qorunmayan yol kənarında təxribat əleyhinə müdafiənin aparılması epizodları var.

Müəllif: Ucnoqta.az redaksiyası