Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

19:05 - 15 Avqust 2025 tarixində dərc olunub.

Pakistanın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, iki pilot da daxil olmaqla bütün ekipaj üzvləri həlak olub.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Hazırda Pakistanda güclü yağışlar davam edir. Bir çox ərazilərdə evlər və nəqliyyat infrastrukturu dağıdılıb, baza stansiyaları zədələnib, mobil rabitədə fasilələr yaranıb.

Müəllif: Ucnoqta.az redaksiyası