Ucnoqta.az
www.ucnoqta.az

Püskürmədən sonra vulkanın hündürlüyü daha da artıb

07:07 - 14 Avqust 2025 tarixində dərc olunub.

Klyuçevskaya Sopka (Avrasiyadakı aktiv vulkanların ən hündürlüyü) son püskürmədən sonra hündürləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.

Vulkanda püskürmə iyulun 30-da başlayıb. Qərb yamacında isti lavanın axması, vulkanın üzərində güclü parıltı və partlayışlar müşahidə olunub.

Buna səbəb Kamçatkada maqnitudası 8,8-ə çatan zəlzələ olub. Demək olar ki, iki həftə sonra Klyuçevskoy vulkanı havaya 10 km uzunluğunda kül sütunu ataraq ilin ikinci püskürməsinə başlayıb.

Vulkanın nə qədər böyüdüyü hələlik məlum deyil. Əvvəllər onun hündürlüyü 4688 ilə 4750 metr arasında dəyişirdi.

Müəllif: Ucnoqta.az redaksiyası