Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda əhalinin sayı artıb

17:46 - 13 Avqust 2025 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il iyulun 1-nə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2093 nəfər və ya 0,4 faiz artaraq 471 min 718 nəfər olub.

Müəllif: Ucnoqta.az redaksiyası