Ucnoqta.az
www.ucnoqta.az

Latviya Ukraynaya 2 milyon avro ayıracaq

09:39 - 13 Avqust 2025 tarixində dərc olunub.

Latviya hökuməti Ukraynanın ehtiyacları üçün Amerika silahlarının alınmasına azı 2 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bunu Baltik Respublikasının baş naziri Evika Silina deyib.

Baş nazir bildirib ki, Latviyanın bu təşəbbüsə ayıracağı maliyyə həcmi hələ dəqiqləşdiriləcək, lakin bu, 2 milyon avrodan az olmayacaq. 

Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Riqa Kiyev üçün həm hava hücumundan müdafiə sistemləri, həm də digər zəruri silahlar alacaq.

Müəllif: Ucnoqta.az redaksiyası