Ucnoqta.az
www.ucnoqta.az

Gözəllik kraliçasının cəsədi tapılıb

09:33 - 13 Avqust 2025 tarixində dərc olunub.

Filippin hakimiyyəti Palavan adasında tapılan qadın cəsədinin Mataq-ob bələdiyyəsinin keçmiş gözəllik kraliçası Akvena Arradazeyə aid olduğunu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Manila Times” məlumat yayıb.

Məlumata görə, 35 yaşlı tək ana və Filippin gözəllik müsabiqələrinin iştirakçısı iyulun 31-də qaçırılıb.

Üç silahlı şəxs onu naməlum istiqamətdə aparıblar. Qeyd olunur ki, şübhəlilər tez bir zamanda cinayət yerindən qaçıblar və onların axtarışı davam etdirilir.

Arradazenin yoxa çıxması barədə onun bacısı Patrisiya avqustun 4-də məlumat verib.

Müəllif: Ucnoqta.az redaksiyası