Ucnoqta.az
www.ucnoqta.az

Hindistanda təbi fəlakət nəticəsində 240 nəfər ölüb

07:37 - 13 Avqust 2025 tarixində dərc olunub.

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında daşqın və torpaq sürüşməsi nəticəsində iki ayda azı 240 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallarla Mübarizə İdarəsi məlumat yayıb.

Məlumata görə, muson yağışları nəticəsində ölənlərin ümumi sayı 240 nəfərə çatıb ki, onlardan 125-i torpaq sürüşməsi, daşqın və leysan kimi yağışlarla əlaqədar hadisələr, 115 nəfər isə yol qəzaları nəticəsində ölüb. 

İki milli avtomobil yolu bağlı olaraq qalır ki, bu da dağlıq rayonlarla həyati əhəmiyyətli əlaqəni pozur.

Rayonda elektrik enerjisi və su təchizatında fasilələr qeydə alınır.

Müəllif: Ucnoqta.az redaksiyası